Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 14-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 1.83% ucuzlaşaraq 81 969 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.77% artaraq 1 894 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.11%, BNB isə 0.68% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.