
“Ermənistana Azərbaycan tərəfindən ev tapşırığı verilib”
17 Mart 14:16
17 Mart 14:16
17 Mart 11:36
17 Mart 10:40
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 121,5 min ton ağ neft istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,8 min ton və ya 18,3% çoxdur.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 102,7 min ton ağ neft istehsal edilmişdi.
Bu ilin martın 1-I vəziyyətinə hazır məhsul ehtiyatı 30,8 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.