Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,14% və ya 0,10 dollar artaraq 1 barelə görə 73,10 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,10% və ya 0,07 dollar artaraq 1 barelə görə 69.18 ABŞ dollarına yüksəlib