

1 Aprel 19:05
1 Aprel 16:30
1 Aprel 15:22
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 7,981 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
Xalqcebhesi.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 4,069 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 35,5 % çoxdur.
İki ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,5 % azalaraq 1 milyard 586 milyon ABŞ dollarına, fevralda isə 6,2 % azalaraq 760 milyon ABŞ dollarına düşüb.