Azərbaycanın sığorta bazarı 17%-dən çox böyüyüb İqtisadiyyat

Azərbaycanın sığorta bazarı 17%-dən çox böyüyüb

2025-ci ilin yanvar-fevral ayında Azərbaycan sığorta bazarı üzrə yığımlar 17,3% və ya 41,5 milyon manat artaraq 281,2 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 11,5% artaraq 11,2 milyon manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Belə ki, ötən ilin yanvar-fevral ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 40,6 manata yüksəlib.