

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsəslandırılması bu ilin üçüncü rübündə hazır olacaq.
"APA Economics" xəbər verir ki, bunu ADA Universitetində keçirilən "Innovative Pathways to a Greener Future: Renewable Energy and Emission Reduction" tədbirində Macarıstanın MVM şirkətinin rəhbəri Karoly Matrai bildirib.
Onun sözlərinə görə, sənədi “CESI” şirkəti hazırlayir. Layihənin reallaşdırılmasına iki milyard avro lazım ola bilər.
Karoly Matrai onu da qeyd edib ki, layihə çərçivəsində tikinti işləri 3-5 il dava edə bilər.