
İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi
7 Aprel 20:21
7 Aprel 20:21
7 Aprel 19:00
7 Aprel 18:50
7 Aprel 18:43
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.
Bu barədə Xalqcebhesi.az-a Nazirlikdən bildirilib.
Səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, innovasiya, elm və texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.
Eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.