ABŞ Çin mallarına rüsumları 145 faizə qaldırdı İqtisadiyyat

ABŞ Çin mallarına rüsumları 145 faizə qaldırdı

ABŞ Çin mallarına gömrük rüsumlarını 145%-dək qaldırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.

“Ağ Evdən vurğulanıb ki, Trampın Çin mallarına tətbiq etdiyi rüsumlar artıq 145% təşkil edir”, - kanalın saytında dərc olunan xəbərdə deyilir.

Qeyd edək ki, aprelin 9-da ABŞ Prezidenti Çindən idxal edilən mallara 125% rüsum təyin etmişdi.