

2025-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 4 milyard 380,6 milyon manata yaxın vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 98,9 milyon manat və ya 2,3 faiz artıb.
DVX-dən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 226,4 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 312 milyon manat və ya 10,7 faiz çox olub.
Qeyd edilib ki, ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına düşüb.