Azərbaycan Moldova ilə dövlət əmlakının idarə edilməsi sahəsində əməkdaşlıq edə bilər İqtisadiyyat

Azərbaycan Moldova ilə dövlət əmlakının idarə edilməsi sahəsində əməkdaşlıq edə bilər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Moldovanın Dövlət Əmlak Agentliyinin baş direktoru Roman Kojuxar ilə görüşüb.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə sahəsində tərəflərin təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.