Siqaretlərin qiymətini kim qaldırıb? - İstehsalçıdan təkzib İqtisadiyyat

Siqaretlərin qiymətini kim qaldırıb? - İstehsalçıdan təkzib

Siqaretlərin qiymətinin qalxması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Xalqcebhesi.az-a istehsalşı şirkətdən siqaretlərin bahalaşması barədə yayılan məlumatı şərh edərkən bildirilib.

Qeyd edilib ki, OBA marketlər şəbəkəsinin mağazaları qiymət artımını özbaşına edib:

“İstehsalçı şirkət olaraq heç bir qiymət artımı etməmişik. OBA marketlər şəbəkəsi qiymət artımı özbaşına addımdır”.

Qeyd edək ki, OBA marketlər şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna aiddir.