Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 14-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında son 24 saatda 0.09% bahalaşaraq 84 680 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.81% artaraq 1636 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.49% bahalaşıb, BNB isə 0.58% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.