Dünya bazarlarında neft ucuzlaşır İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,17% azalaraq 1 barelə görə 64,65 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,16% azalaraq 61,4 ABŞ dollarına bərabər olub.