
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib. Sonra qonaqlar Xankəndidə Qarabağ Universiteti ilə tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları onlara burda təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər.
Qonaqlar Xankəndi şəhəri Zəfər meydanında da olub və burada aparılan tikinti-quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti quruculuq işlərinə başlanılıb.
M.Tuzcu da bildirib ki, Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək: “Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu, bizim üçün həm də bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik.”