BƏƏ Azərbaycan ilə turizm sahəsində güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır İqtisadiyyat

BƏƏ Azərbaycan ilə turizm sahəsində güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır

Aprelin 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Dubay Turizm Departamenti, FlyDubai şirkəti, Voyager Group və AviaPartner şirkəti ilə birgə BƏƏ-nin turizm sektorunda investisiya imkanlarını təqdim edib.

Tədbirdə 30-dan çox turizm şirkəti iştirak edib.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Xalq Cəbhəsi"nə verilən məlumata görə, Səfir Mohammed AlBlooshi çıxışında turizmin təkcə səyahətdən ibarət olmadığını, eləcə də insanları və mədəniyyətləri birləşdirdiyini qeyd etdi. Cənab səfir, həmçinin turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu vurğulayaraq, iştirakçılara BƏƏ-nin sərmayə üçün əlverişli qanunvericiliyi, iş adamları üçün çox münasib vergi qaydaları, BƏƏ hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli mühit barədə məlumat verdi.

Səfir Al Blooshi qeyd etdi ki, səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.

Tədbir şəbəkələşmə və müzakirələrlə davam edib.

Cavid