

15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Bu ilin 1-ci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.
Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 243,9 mln. kVt-saat artımla (40%) 853,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.