Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 20690,7 milyon manat və ya hər nəfərə orta hesabla 2022,6 manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Dövr ərzində əhalinin sərəncamında qalan gəlirləri 18085,4 milyon manat təşkil edib.