Ötən il büdcə təşkilatlarında müəyyən edilən səmərəsiz xərclər 155 mln. manatı ötüb İqtisadiyyat

Ötən il büdcə təşkilatlarında müəyyən edilən səmərəsiz xərclər 155 mln. manatı ötüb

Hesablama Palatası ötən il başa çatdırılmış auditlərdə 155,4 mln. manat həcmində səmərəsiz xərclər müəyyən edib.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd olunub ki, sözügedən vəsaitin 34,7 mln. manatı mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, 29,2 mln. manatı, qənaət imkanlarından istifadə edilməmə, 20,2 mln. manatı funksional fəaliyyətə aid olduğu halda 3-cü tərəfə ötürülmə, 71,3 mln. manatı isə digər səmərəsiz istifadə hallarına aid olub.