Banklarda ipoteka kreditləri üzrə faizlər artdı İqtisadiyyat

Banklarda ipoteka kreditləri üzrə faizlər artdı

İpoteka Kredit və Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən kreditlərdə faiz dərəcələri artıb.

Mərkəzi Bankdan Xalqcebhesi.az-a verilən məlumata görə, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.

2024-cü ilin sonuna İpoteka Kredit və Zəmanət Fondunun hesabına verilən ipoteka kreditlərinin faizləri 6,4%, bankların daxili vəsaitləri hesabına verdikləri kreditlərin faiz dərəcəsi isə 10,5% olub.