

15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
“Azəri-Çıraq-Günəşlı” (AÇG) qaz-kondensat yataqları blokunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından bir il ərzində 852 min ton neft hasil olunub.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
““Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neft hasilatına başlanılmasından 1 il ötür. “Azəri-Çıraq-Günəşli” yatağında quraşdırılmış yeddinci platforma olan ACE-dən bu günədək təqribən 852 min ton neft hasil edilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir. Onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.