Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb İqtisadiyyat

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

2025-ci ilin yanvar-mart aylarında Naxçıvanda ümumi daxili məhsul istehsalı 344 milyon 310 min 200 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 730,7 manat olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən məlumat verilib.

Həmçinin, cari ilin yanvar-mart aylarında muxtar respublikada 114 milyon 128 min 600 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,2 faiz azdır. Sənaye məhsulunun 89 milyon 165 min 800 manatı və ya 78,1 faizi malların, 24 milyon 962 min 800 manatı və ya 21,9 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 74,6 faizi emal, 23,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.