Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 16-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.73% – 39,669.39 bəndədək, S&P 500 indeksi 2.24% – 5,275.70 bəndədək, Nasdaq indeksi isə 3.07% – 16,307.16 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 16-də FTSE 100 indeksi 0.32% – 8,275.60 bəndədək artıb, Fransanın CAC-40 indeksi 0.07% – 7,329.97 bəndədək azalıb, Almaniyanın DAX indeksi isə 0.27% – 21,253.70 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.26% azalaraq 1.1369 dollar təşkil edib.