

18 Aprel 19:52
2025-cü ilin ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24.3% artaraq 12 milyard 48.87 milyon ABŞ dolları təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 6.7% artaraq 6 milyard 385.9 milyon ABŞ dolları, idxal isə əksinə 52.6% artaraq 5 milyard 662.9 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722.9 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3.1 dəfə azdır.