

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 702 838,31 min ABŞ dolları dəyərində 3 055 572,87 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.
Azərbaycanın neft ixracında Çexiya ikinci yerdə qərarlaşıb
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 304 667,44 min dollar dəyərində 558 693,27 ton neft ixrac edilib.
Üçüncü yerdə Almanıya qərarlaşıb
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Almaniya tutur. 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 276 544,77 min dollar dəyərində 500 001,1 ton neft ixrac edilib.
Hesabat dövrünün əsas göstəriciləri
Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.
Ümumi ixrac göstəriciləri
Siyahıdan göründüyü kimi, hesabat dövründə 13 ölkəyə ümumilikdə 3 336 653,5 min dollar dəyərində 6 011 561,25 ton neft ixrac edilib.
Azərbaycanın hesabat dövründə neft ixrac etdiyi ölkələrin siyahısını (həcminə мэ statistik dəyərinə görə) təqdim edirik:
Ölkələr |
Miqdar (ton) |
Statistik dəyər |
|
№ |
Cəmi |
6 011 561.25 |
3 336 653.50 |
1. |
İtaliya |
3 055 572.87 |
1 702 838.31 |
2. |
Çexiya |
558 693.27 |
304 667.44 |
3. |
Almaniya |
500 001.10 |
276 544.77 |
4. |
Xorvatiya |
428 402.79 |
238 672.29 |
5. |
Rumıniya |
403 928.34 |
224 820.31 |
6. |
Portuqaliya |
353 986.48 |
189 929.36 |
7. |
İrlandiya |
228 754.91 |
121 695.73 |
8. |
Böyük Britaniya |
130 604.90 |
73 435.95 |
9. |
İsveçrə |
89 696.92 |
53 857.85 |
10. |
Yunanıstan |
94 445.69 |
52 588.25 |
11. |
Bolqarıstan |
79 260.85 |
48 231.11 |
12. |
Tunis |
64 192.52 |
37 392.93 |
13. |
Türkiyə |
24 020.61 |
11 979.20 |