

18 Aprel 19:52
Hesablama Palatası Azərbaycan Kosmik Agentliyində (AZƏRKOSMOS) Vergi Mәcәllәsinin tәlәbinә riayәt edilmәməsi hallarını aşkarlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı Azərbaycan Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən 2022-2023-cü illәr ərzində dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğuna dair auditin nəticələrinə dair auditor hesabatında bildirilib.
Məlumata görə, Vergi Mәcәllәsinin tәlәbinә riayәt edilmәyәrәk Agentlik ilә qeyrirezident hüquqi şәxslә bağlanmış müqavilәyә uyğun olaraq Azәrbaycan Respublikası әrazisindә göstәrilmiş xidmәtlәrә görә ödәnilmiş mәblәğdәn 26,5 min manat ӘDV-nin hesablanması vә dövlәt büdcәsinә ödәnilmәsi tәmin edilmәmiş, eyni zamanda, xәrclәr dövlәt büdcәsindәn ayrılmış vәsait hesabına ödәnildiyi halda, düzgün olmayaraq Agentliklә 3 hüquqi şәxs arasında bağlanmış müqavilәlәr üzrә 4 halda ümumilikdә 46,3 min manat ӘDV mәblәği әvәzlәşdirilmiş, bu vәsaitin hesablanaraq dövlәt büdcәsinә ödәnilmәsi tәmin edilmәmişdir.
Agentlik işçilәrinә mükafatlar ödәnilәrkәn Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 10.09.2021-ci il tarixli 257 nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Dövlәt orqanlarının strukturuna daxil olmayan tabeliyindәki qurumlar tәrәfindәn işlәrin görülmәsindәn vә xidmәtlәrin göstәrilmәsindәn әldә edilәn vәsaitdәn (o cümlәdәn tutulan xidmәt haqlarından) istifadә Qaydası”nın tәlәbi gözlәnilmәmiş, 2022-ci ildә bir qrup işçilәrә müvafiq әmrlә 37,4 min manat mәblәğindә mükafat verildiyi halda, qeyd olunan mәblәğ işçiyә çatası mәblәğ kimi qәbul olunaraq bu işçilәrә 51,8 min manat olmaqla 14,4 min manat çox, 2023-cü ildә isә 3 halda 24,5 min manat mәblәğindә mükafat verildiyi halda, qeyd olunan mәblәğ işçiyә çatası mәblәğ kimi qәbul olunaraq bu işçilәrә 34,6 min manat olmaqla 10,1 min manat çox mükafat mәblәği hesablanmış vә qanunvericiliyә müvafiq tutulmalar edildikdәn sonra ödәnilmişdir.