Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb İqtisadiyyat

Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb

İstismara veriləndən 1 aprel 2025-ci ilədək “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə ümumilikdə 738 milyon barel neft nəql olunub.

Bu barədə "APA- Econimics" SOCAR-a istinadən xəbər verir.

“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri 17 aprel 1999-cu ildə istismara verilib. Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşurutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib", - məlumatda qeyd olunur.

Qeyd edək, ki “Bakı-Supsa” neft kəmərinin tikintisinə 1996-cı ildə başlanılıb, 1998-ci ildə isə başa çatdırlıb. Kəmərin ümumi uzunluğu 829 kilometr, diametri isə 21 düym təşkil edir. Kəmərin maksimum gündəlik ötürmə gücü 146 min bareldir.