Qızılın qiyməti tarixi maksimumu yeniləyib İqtisadiyyat

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,98% artaraq 3 394,31 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,22% artaraq 32,868 ABŞ dollarına bərabər olub.