“Bu, dövlət vəsaitindən istifadə zamanı qurumlarda məsuliyyət bölgüsünün düzgün aparılmaması ilə əlaqələndirilə bilər” İqtisadiyyat

“Bu, dövlət vəsaitindən istifadə zamanı qurumlarda məsuliyyət bölgüsünün düzgün aparılmaması ilə əlaqələndirilə bilər”

“Fiskal intizamın gücləndirilməsi ali audit orqanlarının fəaliyyətində prioritetlərdən biridir. Bu hədəfin reallaşdırılması bizim tərəfdən davamlı olaraq kənar dövlət maliyyə nəzarəti tədbirləri və büdcələrə rəylərin təqdim olunması vasitəsilə təmin edilir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, institusional dəyişikliklər, eləcə də nəzarət orqanları tərəfindən müntəzəm olaraq işlərin görülməsi fonunda hələ də qurumlarda fiskal məsuliyyətin əhəmiyyətli artmadığı (zəiflədiyini) müşahidə edilir: “Bu, dövlət vəsaitindən istifadə zamanı qurumlarda məsuliyyət bölgüsünün düzgün aparılmaması, daxili nəzarət mexanizmlərindəki boşluqlar, intizam risklərinin düzgün qiymətləndirilməməsi və s. səbəblərlə əlaqələndirilə bilər. Qeyd edilən çatışmazlıqların aradan qaldırılması dövlətin maliyyə resurslarının rasional istifadə edilməsinə xidmət edəcəkdir.
3. Dövlət maliyyəsinin idarəedilməsinə tövsiyələr vermək.
Hesablama Palatasının fəaliyyətinin iqtisadi effektivliyi – yalnız geri qaytarılan məbləğlərin həcmi ilə ölçülmür, eyni zamanda, təqdim edilən təkliflərin müzakirəsi, qəbulu və icra prosesinə tətbiqi ilə qiymətləndirilməlidir.
Hesabat dövründə də dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr Hesablama Palatası tərəfindən aidiyyəti üzrə təqdim olunub…”.