

Aprelin 23-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin artıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 6.09% bahalaşaraq 93 408 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 14.32% artaraq 1799 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 7.29%, BNB isə 3.03% bahalaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.