

“Azad edilmiş ərazilərdə müasir suvarma sistemi tətbiq olunur”.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası diqqət mərkəzindədir: “Bu sahədə yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi qarşıya vəzifə kimi qoyulub. Azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi ayrı-ayrı subyektlərə icarəyə verilib”.
O, Zəngilan rayonunda kənd təsərrüfatı təyinatlı 2,2 min hektar, Qubadlı rayonunda isə 2 min hektar torpağın aqrar sahədə fəaliyyət göstərənlərə uzunmüddətli icarəyə verildiyini bildirib.