

“Aqrar sığortanın tətbiqində çətinliklərlə rastlaşırıq. Ucqar ərazilərdə olan fermerlər aqrar sığortanın tətbiqinə inanmır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
Sədr bildirib ki, maarifləndirməyə ehtiyac var: “Qarşıda görüləsi işimiz çoxdur. Sığortalanacaq predmetlərin əhatəsinin genişləndirilməsi vacibdir. Fermerləri narahat edən təbiət hadisələri bu gün sığorta təminatında deyil, amma biz bu istiqamətdə çalışırıq. Burda əsas məqsəd dövlət büdcəsində əlavə yük yaranmamasıdır. Təbiət hadisələrinin sığorta ilə əhatələnməməsi fermerləri əsas narahat edən məsələdir”.