

Azərbaycanda bankların marjaları çox yüksəkdir.
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O bildirib ki, bankların marjaları 6-8% civarındadır.
“Banklar kredit portfellərini artıraraq daha aşağı marja şəraitində işləməyi öyrənməlidirlər. Bu istiqamətdə banklarla çalışırıq. Həmçinin, görürsünüz hökumət hesabında olan qalıq vəsaitin sektora buraxılması banklara likvidliklə bağlı vəziyyəti proqnozlaşdırmağa şərait yaradır və qabaqlayıcı faizlər tətbiq etməyə ehtiyac qalmır. Bizim gözləntimiz kredit faizlərinin artması yönündə deyil, bankların marjalarına daha effektiv yanaşması yönündədir”- AMB sədri əlavə edib.