Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti açıqlanıb İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti açıqlanıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,34% artaraq 3,338.20 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,48% azalaraq 33,70 ABŞ dollarına bərabər olub.