Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 24-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:00-da “CoinMarketCap” platformasında son 24 saatda 0.87% ucuzlaşaraq 92 645 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.22% azalaraq 1770 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.09%, BNB isə 2.19% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.