İlk rübdə sığorta bazarının yığımları 400 mln. manata çatıb İqtisadiyyat

İlk rübdə sığorta bazarının yığımları 400 mln. manata çatıb

2025-ci ilin yanvar-mart aylarında sığorta sektoru üzrə yığımların həcmi 399,1 milyon manata bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi də 7% artaraq 164,03 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 153,3 milyon manat təşkil edib.

Sığorta bazarının zərərlilik göstəricisi bu dövrdə dəyişməyərək hər 41,1% təşkil edib.