

27 Aprel 17:45
26 Aprel 18:40
Bu ilin ilk rübündə bankların cəmi aktivləri 54 mlrd. 855.6 mln. manat təşkil edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu dövrdə sektorun cəmi aktivləri 2,4% və 1,3 mlrd. manat artıb.
Bu dövrdə bank sektorunun cəmi öhdəlikləri 2,6% və ya 1,2 mlrd. manat artaraq 47 mlrd. 960.7 mln. manata, balans kapitalı isə 1,2% və ya 81,7 mln. manat artaraq 6 mlrd. 894.9 mln. manata yüksəlib.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 mln. manat artaraq 27,877.1 mln. manat olub. Portfelin 53.6%-ni və ya 14 mlrd. 935 mln. manatını biznes kreditləri, 30.9% və ya 8 mlrd. 603.6 mln. manatını istehlak kreditləri, 15.5% və ya 4 mlrd. 338.5 mln. manatını ipoteka kreditləri təşkil edib.
Bankların öhdəliklərinin 77.8%-i və ya 37 mlrd. 293.1 mln. manatını depozit portfeli təşkil edib. Depozit portfelinin 60.5%-i (22,549 mln. manat) hüquqi şəxslərin, 39.5%-i (14,744.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,785.1 mln. manat) milli valyutada, 33.6%-i (4,959 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9,009.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 mlrd. 799.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.