Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb İqtisadiyyat

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 110.4 milyon manata bərabər olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 145.5 milyon manat, banklardan xaricə köçürmələr isə 36.8% və ya 64.4 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 465.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.