

27 Aprel 17:45
26 Aprel 18:40
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə cari ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.4% artıb.
Qeyd edilib ki, ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 0.01% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artmışdır. 2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,668 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil edib.