

2025-ci ilin 1 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10.5 dəfə, 2024-cü ildə isə 13.9 dəfə çox idi.
Xatırladaq ki, 1 aprel 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5.067 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. 2025-ci ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalıb.