Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,28% – 40,227.59 bəndədək, S&P 500 indeksi 0,06% – 5,528.75 bəndədək artıb, Nasdaq indeksi isə 0.10% – 17,366.13 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 28-də FTSE 100 indeksi 0,02% – 8,417.34 bəndədək, Almaniyanın DAX indeksi 0,13% – 22,271.67 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,50% – 7,573.76 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.35% azalaraq 1.1380 dollar təşkil edib.