Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 29-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09: 35-də “CoinMarketCap” platformasında 0.23% bahalaşaraq 94 368 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.16% azalaraq 1794 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.23% ucuzlaşıb, BNB isə 0.41% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.