

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün neftin orta qiyməti üzrə proqnozunu yeniləyib.
“APA-Economics” “Fitch”in baza proqnozuna istinadən xəbər verir ki, “Brent” etalon markalı neftin bir barelinin qiymətinin 2025-ci ildə 65 ABŞ dolları (öncəki proqnoz – 70 dollar), 2026-cı ildə - 65 dollar, 2027-ci ildə - 65 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 60 dollar səviyyəsində olacağı ehtimal olunur (2026-2028-ci illər üzrə proqnozlar göstəricilər dəyişməyib).
Proqnoza əsasən, WTI etalon markalı neftin qiyməti 2025-ci ildə 60 ABŞ dollar (öncəki proqnoz – 65 dollar), 2026-cı ildə - 60 dollar, 2027-ci ildə - 60 dollar, 2028-ci ildə isə 57 dollar təşkil edəcək (2026-2028-ci illər üzrə proqnozlar göstəricilər dəyişməyib).
Hesabatda qeyd olunur ki, 2024-cü ildə “Brent”in orta qiyməti 80,5 dollar, WTI-in qiyməti isə 76,6 dollar olub.