Azərbaycan və İran sosial təminat sahəsində əməkdaşlıq edəcək İqtisadiyyat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri doktor Seyid Həsən Qazizadə Haşeminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və İran arasında qədim tarixə malik əlaqələrin bu gün yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir Azərbaycan prezidenti İlham Əliyevin milli inkişaf siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin sosial firavanlığın təminatına yönələn siyasətə söykəndiyini diqqətə çatdırıb.
Sahil Babayev bildirib ki, əlilliyi olan şəxslərin sağlamlığının bərpası, onların peşə və sosial reabilitasiyası Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Hazırda nazirliyin respublikanın bütün bölgələrini əhatə edən bərpa mərkəzləri şəbəkəsi fəaliyyət göstərir. Dövlət başçısının tapşırığına əsasən, reabilitasiya sisteminin müasir tələblərə uyğun yenidən qurulması üçün mühüm addımlar atılır. Artıq nazirliyin bir çox bərpa mərkəzlərində yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Hazırda BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya"sının tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin reabilitasiyasında sosial modelin tətbiqi prinsipləri əsasında "Fərdi reabilitasiya proqramın"ın hazırlanması işləri davam etdirilir. Əsas məqsəd əlilliyi olan insanların tibbi reabilitasiyasından sosial reabilitasiyasına və daha sonra peşə reabilitasiyasına, nəticədə onların yenidən cəmiyyətə qazandırılmasına nail olmaqdır.
Nazir bu sahədə İranla əməkdaşlıq müstəvisində fəal təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb. Sahil Babayev, eyni zamanda, tibbi-sosial reabilitasiya sahəsində yüksək səviyyəli kadr potensialının formalaşdırılması üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının önəmini diqqətə çatdırıb.
Qazizadə ölkəsi ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, İranda səhiyyənin, reabilitasiya sisteminin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Qazizadə tibbi-sosial reabilitasiya sisteminin səmərəli təşkili, əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində ikitərəfli əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Görüşdə əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda xatirə hədiyyəsi olaraq Qazizadəyə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış əl işi hədiyyə edilib.