UNEC-in Zaqatala filialında konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” - FOTO İqtisadiyyat
UNEC Zaqatala filialında Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinə həsr olunan “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda onlayn Respublika elmi-praktiki konfransı keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev 100-dən çox elmi məqalənin təqdim olunduğu konfransda iqtisadiyyatın müasir problemlərinə, fənlərarası inteqrasiyaya həsr olunan əhəmiyyətli məruzələrin dinləniləcəyini diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
UNEC-in Strateji inkişaf üzrə prorektoru, professoru Mirdaməd Sadıqov universitetin 90 illik yubileyinə həsr olunan konfransın mühüm mövzuya həsr olunduğunu diqqətə çatdırıb. UNEC-in son illər ölkə təhsil sistemində aparıcı mövqeyini daha da genişləndirdiyini bildirən professor M.Sadıqov, mövcud pandemiya şəraitində dünya təhsil sistemində baş verən dəyişikliklər fonunda UNEC-in öz nümunəvi təhsil modelini bir daha təsqidlədiyini qeyd edib. Prorektor mövcud şəraitdə yaranan iqtisadi proqblemlərdən və onların həlli yollarından da söz aıb.
Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və gələcəyi haqqında düşüncələr” mövzusunda çıxış edib. Millət vəkili ölkədə aparılan uğurlu iqtisadi islahatlardan və iqtisadi inkişafın Azərbaycan modelindən söz açıb.
AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Virtual mühit və məsafədən iş perspektivləri” mövzusunda çıxış edərək, hazırda dünyada demək olar ki, bütün sahələrdə virtual iş mühitinin yaradıldığını bildirib. Akademik virtual mühitin yaratdığı üstünlüklərdən və gələcək perspektivlərindən danışıb.
Plenar iclasda Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev pandemiya şəraitində yeni çağırışlar kontekstində iqtisadiyyatın səmərəlilik problemləri haqqında məruzə ilə çıxış edib.
UNEC EFTİED-nin direktoru, professor Zahid Məmmədov isə COVİD 19-un dünya ali təhsil sisteminə təsirindən danışıb, distant tədrisin və onlayn elmi tədbirlərin təşkilində UNEC təcrübəsini bölüşərək, əldə olunan nəticələri diqqətə çatdırıb.
Plenar iclasdan sonra konfrans öz işini 5 bölmə üzrə davam etdirib. “İqtisadiyyat və idarəetmə”, “Dünya iqtisadiyyatında yeni çağırışlar”, “Mövcud şərtlər daxilində maliyyə məsələləri”, “Fənlərarası inteqrasiya: nəticə və perspektivlər”, “Ümümi fənlər kontekstində iqtisadiyyat fənlərinin əlaqəsi” adlı bölmələrdə UNEC-in və digər universitetlərin professor-müəllim heyəti, gənc tədqiqatçıları iqtisad elminin müasir problemlərinə, həm də fənlərarası inteqrasiyaya həsr olunan məruzələrlə çıxışlar ediblər.
Konfransın proqramı