Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı verilən tapşırıqların icrası olaraq, sosial müdafiə və aktiv məşğulluq proqramları bu il rekord səviyyədə genişlənəcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə cari ilin birinci yarımilinin yekunlarına dair videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib.
Nazir vurğulayıb ki, dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amili dayanır və bunun nəticəsidir ki, pandemiya dövründə də Azərbaycan güclü sosial siyasəti ilə seçilir. Cənab Prezident bütün sosial layihələrin artıqlaması ilə icra ediləcəyini, bu ilin bu baxımdan rekord göstərici olduğunu bəyan edib.
S.Babayev bildirib ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramı bu il rekord səviyyədə icra olunacaq. İyulun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, müharibə əlillərinə 50 avtomobilin təqdim olunması mərasimində dövlət başçısı 8 mindən çox şəhid ailəsi, müharibə əlilinin mənzillərlə təmin edildiyini, 7 minə yaxın avtomobil verildiyini qeyd edib. “Biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir”.- deyə bildirib. Cənab Prezident “Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq” deyə bəyan etdi.
Nazir deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara mənzillərin, həmçinin müharibə əlillərininə avtomobillərin təqdim edilməsi tədbirlərində iştirak etməsi, onlarla mütəmadi görüşlər keçirməsi də şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğının əyani təzahürüdür. Bu, bir daha göstərir ki, hər bir şəhid ailəsi, müharibə əlili daim Prezidentin qayğısı ilə əhatə olunub.
S.Babayev qeyd edib ki, Nazirlik tərəfindən də şəhid ailələri və müharibə əlilləri ilə bağlı bütün sosial müdafiə tədbirləri dövlət başçısının həmin əhali qruplarına olan yüksək qayğısına layiq səviyyədə təşkil olunaraq, uğurla həyata keçiriləcək, bu istiqamətdə atılan mühüm addımlar davam edəcəkdir.
İclasda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan videokonfransda sosial sahə ilə bağlı verilən tapşırıqların icrası, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
2020-ci ilin birinci yarımilliyi ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğuluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən görülmüş işlərə, Nazirlik tərəfindən Dövlət investisiya proqramının icra vəziyyətinə dair hesabatlar dinlənilib və müzakirə edilib.
Nazir diqqətə çatdırıb ki, dövlət sosial xidmətlərinin keyfiyyətinin daim yüksəldilməsi üçün islahatlar geniş vüsət alır. Dövlət sosial xidmətlərinin DOST xidmətləri müstəvisində bir pəncərədən, çevik və şəffaf təşkili vətəndaş məmnunluğuna yol açıb və nazirliyin tabeliyində publik hüququ şəxslərin yaradılması da bu məqsədə yönələn islahatların tərkib hissəsidir. DOST mərkəzlərinin yaradılması ilə yanaşı, əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi də geniş vüsət alıb.
S.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarların tətbiqi əlilliyi olan şəxslərin aktiv həyat tərzinə malik olmaq, mövcud əmək potensiallarını reallaşdırmaq, əmək bazarında fəaliyyətlərinə davam etmək, cəmiyyətə inteqrasiya etmək imkanlarını artıracaq. Artıq bununla bağlı qabaqcıl dünya standartları nəzərə alınmaqla yeni qanunvericilik layihəsi hazırlanıb.
İclasda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müvafiq indeks meyarları üzrə qiymətləndirilməsinin nəticələri, əlilliyin qiymətləndirilməsinin yeni meyarlarına dair qanunvericilik layihəsindən irəli gələn məsələlər, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi” və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında 28 fevral 2000-ci il tarixli Qərarlarına dəyişiklik edilməsi barədə” Qərar layihələrinə dair müzakirələr də aparılıb.