“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək İqtisadiyyat

“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək

"Fitch" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. ABŞ dollar təşkil edəcək. Bu, 23 aylıq idxalı ödəmək üçün kifayətdir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, proqnoz ötən ilin yekununda qeydə alınan göstərici ilə müqayisədə 22,6% azdır. “Fitch” qeyd edir ki, Azərbaycanın güclü xarici balansı aşağı neft qiymətlərinin mənfi təsirini demək olar ki, bütövlüklə zərərləşdirir.

Qeyd edək ki, bu ilin iyul ayının 1-nə ölkənin strateji valyuta ehtiyatları 49,6 mlrd. dollar təşkil edib. Strateji valyuta ehtiyatları Azərbaycan Dövlət Neft Fondunun aktivlərindən (43,2 mlrd. dollar) və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından (6,4 mlrd. dollar) ibarətdir.