İqtisadi Şuranın fəaliyyət istiqamətləri müəyyənləşib İqtisadiyyat

İqtisadi Şuranın fəaliyyət istiqamətləri müəyyənləşib

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri müəyyənləşib.

Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında ƏSASNAMƏdə Şuranın fəaliyyət istiqamətləti aşağıdakı kimi göstərilir:

- ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

- makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

- iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

- iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.