Bakıdakı valyuta dəyişmə məntəqələrinin əksəriyyətində ABŞ dollarının satışı dayandırılıb.
Dünən əksər valyuta satışı məntəqələrindən dollar almaq mümkün olmayıb. Yalnız səhər saatlarında Amerika valyutasını adambaşına 500 dollardan çox olmamaq şərti ilə əldə etmək mümkün olub.
Bununla belə, hazırda valyuta-dəyişmə məntəqələrinin qarşısında sıxlıq var. Vətəndaşlar əllərində Azərbaycan manatı ilə olan pulları bacardıqca xarici valyutaya çevirməyə çalışırlar. Dollara alternativ kimi isə avroya və funt-sterlinqə, qismən isə Rusiya rubluna və türk lirəsinə üstünlük verilir.