1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN
14 Noyabr 18:22
14 Noyabr 18:22
14 Noyabr 17:52
14 Noyabr 17:35
14 Noyabr 16:14
Enerji siyasəti qrupunda "təmiz iqtisadiyyat" proqramının rəhbəri, rumıniyalı ekspert Lusiana Miunun APA-ya müsahibəsi
- Azərbaycanın COP29-dakı rolunu necə qiymətləndirirsiniz?
- COP29 bütün dünyada hökumətlər, vətəndaş cəmiyyəti, sənaye üçün bir araya gəlmək və 2015-ci ildə Parisdə qarşımıza qoyduğumuz iqlim hədəflərinə nail olmaq və birgə işləmək üçün unikal şansdır. Biz bu çox mürəkkəb məsələlərdə irəliləyiş əldə etmək üçün hər il bir araya gəlirik. Azərbaycanda keçirilən COP29 enerji sektorunun bütün aktorlarının necə birgə işləyə biləcəyini anlamaq üçün unikal şansdır. Biz təmiz enerji gələcəyinə doğru irəliləmək öhdəliyimizi qeyd etməliyik. Beləliklə, təmiz enerjiyə keçidimizdən, iqlim hədəflərimizə nail olmaqda Azərbaycanın rolunu əla qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan hər kəsi bir araya gətirmək və bu mürəkkəb məsələni birlikdə düşünmək üçün coğrafi, həm də mədəni baxımdan həqiqətən maraqlı kəsişmə nöqtəsindədir.
- COP29-da maliyyə ilə bağlı konsensusun əldə olunacağına inanırsınız?
- Mən ümid edirəm ki, konsensus əldə olunacaq və məncə, bu ümidvericidir. Qeyd etməliyəm ki, bu, əslində çətin məsələdir və mən bilirəm ki, həll edilməli olan çox kiçik məsələlər var. Ancaq deyə bilərəm ki, mən bundan ümidliyəm və düşünürəm ki, kollektiv məqsədə çatmaq üçün yaxşı şansımız var.
- Rumıniya ilə Azərbaycan arasında əməkdaşlıq haqqında nə düşünürsünüz?
- Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq çox perspektivlidir. Sentyabr ayında Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstan təmiz enerjinin Xəzər dənizindən Qara dəniz ərazisinə və oradan da Avropaya daşınması üçün birlikdə Yaşıl Enerji Dəhlizi təşəbbüsünü irəli sürdülər. Ona görə də hesab edirəm ki, ölkələr arasında, o cümlədən regionlar, Qafqaz regionu və Avropa İttifaqı arasında əməkdaşlıq üçün böyük potensial var. Rumıniya Avropa İttifaqı ilə sərhəddə “qapı ölkə”dir. Ona görə də hesab edirəm ki, bu, çox perspektivlidir. Bundan sonra nə olacağını görmək üçün səbirsizlənirəm.