İqlim dəyişiklikləri fonunda investisiya problemləri
20 Noyabr 23:28
20 Noyabr 23:28
20 Noyabr 23:20
20 Noyabr 23:17
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kameranın APA-ya müsahibəsi
- Mərkəzi Asiya ölkələrində iqlim problemlərinin həlli üçün Azərbaycan təşəbbüsü var. Bu problemi həll etmək üçün hansı addımlar atılmalıdır?
- Biz ilk növbədə COP29-un Rəyasət Heyəti ilə bir çox təşəbbüslər üzərində işləyirik. Bu yaxınlarda onlarla birlikdə hesabatımızı da dərc etmişik. Biz Mərkəzi Asiya və Azərbaycan rəhbərliyi üçün bir təşəbbüs üzərində çalışırıq. Sabah bu mövzuda tədbirim olacaq. Gələn il enerji həftəsi münasibətilə Azərbaycanda keçirəcəyimiz investisiya forumuna da başlayacağıq.
- COP29-da iqlim investisiya hədəflərinə nail olunacaqmı, lazımi vəsaitlər toplanacaqmı?
- Biz həmsədrlərlə kifayət qədər sıx işləyirik. Etimadı və onlarla birgə işləməyi həqiqətən yüksək qiymətləndiririk. Bu çox vacibdir. Bilirsiniz, biz həmişə COP-un necə işlədiyini aydın başa düşməliyik. COP mübadilə etdiyimiz işləri nəzərdən keçirdiyimiz və yaxşı hadisələri nümayiş etdirdiyimiz məqamdır. Düşünürəm ki, çoxlarının dediyi kimi bu COP29, həm də yeni 25 maliyyə hədəfinin razılaşdırılacağı COP olacaq. Ümid edirəm ki bu həyata keçəcək.
- IRENA-nın COP29-a töhfəsi nə olacaq?
- Bilirsiniz ki, biz artıq hesabatımızı təqdim etmişik. Məncə bu COP29-a ən mühüm töhfədir. Təqdimat fəaliyyətlərimizin, kommunal xidmətlərimizin və karbonsuzlaşdırmanın təqdimatından ibarətdir. Yəni bütün bunlar bizim Azərbaycanla əməkdaşlığımızın elementləridir. Biz yaxşı işləyirik prosesdən çox razıyıq və yaxşı nəticə əldə edəcəyimizə ümid edirik.
- Azərbaycanın bərpa olunan enerji sahəsində fəaliyyətini necə qiymətləndirirsiniz? Bura IRENA-nın Azərbaycana dəstəyi daxildirmi?
- İlkin olaraq biz Azərbaycanın yanındayıq. Təbii ki biz onlarla layihənin maliyyələşdirilməsində də işləyirik. Energetika naziri ilə sıx əməkdaşlığımız var. Biz keçidin sonu ilə bağlı bütün aspektlər üzərində işləyir. Bu planlaşdırma, layihələr, həmçinin təşəbbüs əhatə dairəsi ilə bağlıdır.